ABŞ-da məşhur müğənnini güllələdilər - VİDEO

“Before You Exit” qrupunun üzvləri konsertdən sonra fanatlarına avtoqraf verdikləri zaman naməlum şəxs müğənni Kristinaya atəş açıb.
İfaçının qardaşı atəş açan kişini tutmağa cəhd etsə də, naməlum şəxs özünü güllələyib. Cinayətkar hadisə yerində ölüb. Müğənninin vəziyyətinin kritik olduğu bildirilir.
Polisin məlumatına görə, kişinin üzərində iki odlu silah olub. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.
Eldar Tanrıverdiyev
AzVision.az