Ermənistan ordusunda oğurluq - İki nəfərə cinayət işi açıldı

Ermənistan Məhkəmə Departamentinin məlumatında qeyd olunur ki, N saylı hərbi hissənin aşpazları Mqer Zaroyan və Ovsana Adamyan xeyli miqdarda ərzaq məhsulunu mənimsəyiblər.
Aşpazlar 14 kq donuz əti, 9,2 kq bitki yağı, 10 kq vermişel, 2 kq tomat pastası və 25 yumurta oğurlamaqda təqsirli bilinirlər.
Faktla bağlı cinayət işi başlanıb, onlar barədə başqa yerə getməmək qərar verilib.
Eldar Tanrıverdiyev
AzVision.az