Başından güllənən müğənni öldü

Bu barədə AzVision.az`CNN`-ə istinadən xəbər verir.
Qeyd edək ki, hadisə iyunun 10-da axşam saatlarında Orlondoda baş verib. “Before You Exit” qrupunun üzvləri konsertdən sonra fanatlarına avtoqraf verdikləri zaman naməlum şəxs müğənni Kristinaya atəş açıb. İfaçının qardaşı atəş açan kişini tutmağa cəhd etsə də, naməlum şəxs özünü güllələyib. Cinayətkar hadisə yerində ölüb. Polisin məlumatına görə, kişinin üzərində iki odlu silah olub. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.
Kənan Məmmədov
AzVision.az