Sarkisyan `təmizliyə` başladı - Məmurlar arxivə göndərilir

Sarkisyan `təmizliyə` başladı -  Məmurlar arxivə göndərilir
  11 İyun 2016    Oxunub:2408
Ermənistanda kadr dəyişiklikləri davam edəcək.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın kənd təsərrüfatı naziri Sarqo Karapeytan bildirib.

Həftə ərzində 3 müavinin işdən çıxarılmasına münasibət bildrən erməni naziri kadr dəyişikliyini gəncləşmə siyasəti ilə əlaqələndirib. O, vurğulayıb ki, bütün sahələrdə nəsillərin dəyişməsi vacibdir.

Karapeytan çıxışı zamanı təkcə rəhbəri olduğu nazirlikdə deyil, bütün dövlət qurumlarından “gəncləşmə” siyasətinin aparılacağının anonsunu verib.

“Narahat olmayın. Bu sahəyə zərər dəyməyib və dəyməyəcək. Burada olanların hamısı mütəxəssislərdir. Sacədə olaraq deyə bilərəm ki, nəsillərin dəyişməsi prosesi baş verməlidir. Kimisə vəzifəyə təyin edəndə müəyyən müddətdən sonra onu bu vəzifədən uzaqlaşdırırlar. Heç nə əbədi deyil. Həyat davam edir. Gənc mütəxəssislərə üstünlük vermək lazımdır”, - deyə nazir bildirib.

Karapetyanın yüksək vəzifəli məmurların istefaya göndəriləcəyinə dair anonsu əslində yeni deyil. Bundan öncə də Ermənistanın baş naziri Ovik Abramyan mətbuata açıqlamasında bildirmişdi ki, vəzifəsinin öhdəsindən gələ bilməyən, rüşvət və korrupsiyaya bulaşan məmurlar cəzalandırılacaq, onlar yeniləri ilə əvəzlənəcək.

Karapetyan və Abramyanın üst-üstə düşən bəyanatı yaxın zamanlarda Ermənistanda silsilə istefaların baş verəcəyindən xəbər verir.

Ehtimal edilir ki, aprel döyüşlərindən sonra nüfuzu xeyli aşağı düşən Sarkisyan hakimiyyəti ölkədə islahatların başlaması görüntüsünü yaratmaqla xalqı aldatmağa, buraxdıqları kobud səhvləri məmurları işdən çıxarmaqla kompensasiya etməyə çalışır.

“Gəncləşmə” siyasəti adı altında yüksək çinli məmurların vəzifədən uzaqlaşdırılması Sarkisyana qarşı çıxa biləcək iddialı kadrların “zərərsizləşdirilməsi” siyasətindən irəli gəlir.

Politoloqlar hesab edirlər ki, Sarkisyan postunu itirməmək üçün öz komandasında istənilən dəyişikliyi etməyə hazırdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti