Ermənistanla Rusiya arasında Qaregin qalmaqalı

Ermənistanla Rusiya arasında Qaregin qalmaqalı
  11 İyun 2016    Oxunub:3049
“Qaregin Njdenin İrəvanda abidəsi qoyulub, çünki o, həqiqətən də erməni xalqının milli qəhrəmanıdır”.
AzVision.az “Panarmenian”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasına münasibət bildirərkən deyib.

“Aleksandr Nevski, Alekandr Suvarov, marşal Kutuzov, Baqration qardaş rus xalqının milli qəhrəmanı olduğu kimi, Njde də erməni xalqının milli qəhrəmanıdır. Bir tarixçi kimi qeyd etmək istəyirəm ki, Njdenin nə faşizmə nə də nasizmə aidiyyatı var”, - deyə o, qeyd edib.

Hakim Respublikaçılar Partiyasından olan deputat Marqarita Yesayan isə Zaxarovanın açıqlamasına daha sərt reaksiya verib. O, vurğulayıb ki, Ermənistanın özünün qəhrəmanları, tarixi var və kimin abidəsini harada və nə zaman qoymaq Ermənistanın öz işidir, Rusiya buna qarışa bilməz: “İstənilən məmur tərəfindən verilən açıqlama qəbuledilməzdir. Qoy, özlərinə, öz abidə və tarixlərinə baxsınlar. Tariximizin sahibi yalnız biz özümüzük”.

Qeyd edək ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə İrəvanda Qaregin Njdenin abidəsinin qoyulmasının Rusiya üçün anlaşılan olmadığını açıqlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti