ABŞ-da dəhşətli terror: 50 ölü, 53 yaralı (VİDEO+Yenilənib)

ABŞ-da dəhşətli terror: 50 ölü, 53 yaralı (VİDEO+Yenilənib)
  12 İyun 2016    Oxunub:108757
ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

“RİA Novosti”-in yaydığı məlumata görə, bunu Orlando meri Baddi Dayer açıqlayıb.

O, bildirib ki, terror aktı nəticəsində 20 nəfər yox, 50 nəfər ölüb.

***
ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda atışma olub.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, atışma zamanı azı 20 nəfər ölüb.

Bu barədə Orlandonun polis rəisi Con Mina keçirdiyi mətbuat konfransında məlumat verib: "42 nəfər xəstəxanaya yerləşdirilib və təqribən 20 nəfər klubda ölüb".

Polis olayı terror aktı adlandırıb. Bildirilib ki, gecə klubunda insanlara atəş açan şəxsin üzərində bir avtomat və bir tapança olub. Silahlı şəxs polislə atışma zamanı öldürülüb.

Qeyd edək ki, hadisə baş verən gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub.



AzVision.az



Teqlər:  





Xəbər lenti