İran ABŞ-ı beynəlxalq məhkəməyə verəcək

Məsələnin mahiyyəti ondan ibarətdir ki, İran ilə Qərb ölkələri arasında nüvə proqramına dair razılaşma əldə edildikdən sonra bu ölkəyə qarşı tətbiq edilmiş iqtisadi sanksiyalar ləğv edilib. İran ABŞ banklarında qalan 2,5 milyard dollar pulunu geri istəyib. Lakin aprelin 20-də ABŞ-ın Ali Məhkəməsi qərar qəbul edib. Qərara əsasən İranın vaxtilə dondurulmuş 2,5 milyard dolları kompensasiya şəklində 1983-cü ildə Beyrutda həlak olmuş Amerika hərbçilərinin ailələrinə verilməlidir.
Xatırladaq ki, 1983-cü ildə ABŞ-ın Livandakı hərbi bazasına edilən silahlı hücum nəticəsində Amerika hərbçiləri qətlə yetirilmişdi. Rəsmi Vaşinqton bu hücumun İran tərəfindən təşkil olunduğunu iddia edirdi. İran isə bu iddiaları rədd edərək sübut istəyirdi. Lakin ABŞ tutarlı sübut təqdim edə bilməyib. (Azərtac)
AzVision.az
Teqlər: