İŞİD Bağdadinin öldüyünü təsdiqlədi

Məlumatda qeyd olunur ki, İŞİD lideri koalisiya qüvvələrinin Rəqqa şəhərinə endirdiyi aviazərbələr zamanı ölüb.
Koalisiya qüvvələri isə hələlik məlumatı təsdiqləməyib.
Qeyd edək ki, bir neçə gün İŞİD liderinin yaralandığı barədə xəbərlər yayılmışdı. Beynəlxalq koalissiyaya rəhbərlik edən ABŞ qüvvələrinin rəsmisi polkovnik Kris Qarver İŞİD liderinin yaralanması barədə məlumatlardan xəbərdar olduğunu bildirib. Lakin polkovnik məsələni şərh etməmişdi.
Xatırladaq ki, daha əvvəl də KİV-də İŞİD lideri Bağdadinin öldürülməsi barədə məlumatlar dərc olunub.
Kənan Məmmədov
AzVision.az
Teqlər: