ABŞ-da 50 nəfəri öldürən İŞİD-çi ilə bağlı yeni faktlar

ABŞ-da 50 nəfəri öldürən İŞİD-çi ilə bağlı yeni faktlar
  13 İyun 2016    Oxunub:12833
ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda törədilən və 50 nəfərin ölümü, 53 nəfər yaralanması ilə nəticələnən terror aktının bəzi təfərrüatları məlum olub.

AzVision.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, 1986-cı il təvvəlüdlü Omar Martin terror aktını törətməzdən əvvəl 911 “qaynar xətt” xidmətinə zəng edərək İŞİD-ə sadiqliq andı içdiyini bildirib.

Bundan dərhal sonra 2 silahla gecə klubuna gedən terrorçu homoseksuallara atəş açaraq 50 nəfəri öldürüb, 53-nü isə yaralayıb.
ABŞ tarixində ən qanlı terror aktını törədən O.Martin əməliyyat zamanı məhv edilib.

Terror aktını İŞİD qruplaşması öz üzərinə götürüb.

Araşdırma zamanı məlum olub ki, O.Martin bundan öncə iki dəfə Federal Təhlükəsizlik Bürosunun (FBİ) əməkdaşları tərəfndən dindirilib. Belə ki, Martin 2013 və 2015-ci illərdə Suriyada özünü partladan canlı bombayla əlaqədə olmasına görə saxlanılıb. Dəlil çatışmamazlığı səbəbindən Maritn sərbəst buraxılıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti