Tramp Obamanı istefa verməyə çağırdı

Tramp Obamanı istefa verməyə çağırdı
  13 İyun 2016    Oxunub:2394
Respublika Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Tramp Ağ evin hazırkı rəhbəri Barak Obamanı Floridada baş verən terror aktına görə istefa verməyə çağırıb.

AzVision.az xəbər verir ki, siyasətçinin bəyanatı saytında yerləşdirilib.

Tramp vurğulayıb ki, Amerika xalqı radikal islam terrorçuları tərəfindən hücuma məruz qalıb və Obama öz çıxışında “biabırçı şəkildə, hətta “radikal islam” ifadəsini işlətməkdən imtina edib”: “Yalnız bu səbəbə görə o, istefa verməlidir”,

Tramp əlavə edib ki, əgər demokratların namizədi Hillari Klinton bu hücumdan sonra “radikal islam” közünü işlədə bilmirsə, o da prezident kürsüsü uğrunda mübarizədən geri çəkilməlidir: “Biz bir daha siyasi səhvlərə yol verməmək üçün təmkinli davranmamalıyıq”.

Tramp ABŞ-ın hər il Yaxın Şərqdən 100 min mühaciri qəbul etdiyini xatırladıb. Onun sözlərinə görə, yüzlərlə mühacir və onların uşaqları Birləşmiş Ştatlarda terrorçuluq fəaliyyətinə cəlb edilib.

Ehtimal olunur ki, Trampın məlum hadisədən sonra etdiyi sərt çıxışlar onun seçki kampaniyasının tərkib hissəsidir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti