İrəvanda Rusiya əleyhinə etiraz aksiyası – FOTOLAR VİDEO)

İrəvanda Rusiya əleyhinə etiraz aksiyası – FOTOLAR VİDEO)
  13 İyun 2016    Oxunub:3739
Ermənistan parlamenti önündə Ermənistan – Rusiya birgə hava hücumundan müdafiə sisteminin yaradılmasına qarşı etiraz aksiyası keçirilib.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Aksiyada onlarla insan iştirak edib. Nümayişçilər əllərində “Nə torpağı, nə də havanı vermərik”, “Biz Permyakovların ordusuna inanmırıq, biz Ermənistan ordusuna inanırıq”, “Bu, növbəti xəyanətdir” yazılan plakatlar tutublar.



Aksiya iştirakçılardan biri Tiqran Xzmalyan jurnalistlərə açıqlamasında bildirib ki, bu sazişlə Ermənistanı yeni hədəfə çevrilir: “Bu sazişin imzalanması səhvdir, xəyanətdir. Bu sazişi imzalamaqla biz nəinki Azərbaycana, hətta bütün dünyaya müharibə elan etmiş oluruq”.

Onun sözlərinə görə, sazişin imzalanması ilə ermənilərin gələcəyi Rusiyaya satılacaq.

Qeyd edək ki, bu gün Ermənistan parlamentində növbədənkənar sessiya keçiriləcək. Sessiya zamanı Ermənistan – Rusiya birgə hava hücumundan müdafiə sisteminin yaradılmasına dair saziş müzakirə olunacaq.







Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti