`Avro-2016`da faciə: Daha bir azarkeş öldü

Məlumata əsasən 24 yaşlı irlandiyalı 8 metrlik hündürlükdən yıxılıb. O, Şimali İrlandiya – Polşa oyunundan əvvəl xəstəxanaya çatdırılıb.
Azarkeş spirtli içkinin təsiri altında olub.
Qeyd edək ki, iyunun 11-də Fransada keçirilən Avropa çempionatında ilk ölüm hadisəsi qeydə alınıb. Xarici KİV-lərin yaydığı məlumata görə, rus azarkeşlərin masa ilə başından vurduğu ingiltərəli azarkeş ölüb. Bu, Avropa çempionatında ilk ölüm kimi yadda qalıb.
Eldar Tanrıverdiyev
AzVision.az