50 nəfəri öldürən terrorçunun arvadı: `Mənə işgəncə verirdi`

50 nəfəri öldürən terrorçunun arvadı: `Mənə işgəncə verirdi`
  13 İyun 2016    Oxunub:14267
ABŞ-ın Florida ştatında gec klubunda 50 nəfəri öldürən Omar Martinin keçmiş həyat yoldaşı KİV-lərə açıqlama verib.
AzVision.az xəbər verir ki, Yusufiy adlı qadın Martinin onu tez-tez döydüyünü və əqli çatışmazlığı olduğunu bildirib.

Yusufiy deyib ki, Omar onunla tanış olduğu zaman dindar olmayıb. Xanım toydan bir neçə həftə sonra ev işləri görmədiyi üçün Omar tərəfindən döyüldüyünü, işgəncəyə məruz qaldığını deyib.

“Məni ailəm xilas etdi” -deyən xanımın fikrincə, Omar Martin əvvəllər polis olmaq istəyirmiş.

Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti