Ohanyanın cangüdəni polkovniki tutdurdu

Ohanyanın cangüdəni polkovniki tutdurdu
  13 İyun 2016    Oxunub:2787
Ermənistanın Müdafiə Nazirliyi ilə bağlı növbəti qalmaqal yaranıb. Qalmaqalın səbəbkarı isə müdafiə naziri Seyran Ohanyanın mühafizə xidmətinin rəhbəri Sergey Ayrapetyandır.
AzVision.az “Joxovurd”a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin departament rəisi, polkovnik Samvel Xaçatryan bu ilin martında “L tech comp.” MMC tərəfindən Müdafiə Nazirliyinə satılan texnikanın qiymətlərinin şişirdildiyini aşkarlayıb.

Bu barədə söhbət yayıldıqdan sonra Ayrapetyan Xaçatryana xəbərdarlıq edib ki, bu məsələni unutsun, bu barədə yuxarı dairələrə məruzə etməsin. Lakin S.Xaçatryan onun xəbərdarlığına məhəl qoymayıb və aşkarladığı qanun pozuntusunu nazirliyin yuxarı dairələrinə məruzə edib.

Bundan sonra isə S.Xaçatryan həbs olunub. Xaçataryanın qohumları israrla bildirir ki, onun həbsi quramadır və bu oyun S.Ayrapetyan tərəfindən təşkil olunub.

Nəşr yazır ki, bu il martın 15-də Müdafiə Nazirliyinin Texniki Təchizat İdarəsinin baş mütəxəssisi Arsen Qaribcanyan rüşvət götürməkdə təqsirli bilinərək həbs olunub. O, müstəntiqlərə bildirib ki, S.Ayrapetyan onu təhqir edib, hədə-qorxu gəlib. Ayrapetyan onu təhdid edərək S.Xaçatryanın əleyhinə ifadə verməsini istəyib.

Qəzetdə həmçinin qeyd edilir ki, nazir S.Ohanyan və onun mühafizə xidmətinin rəhbəri S.Ayrapetyan təhlükəsizlik xidmətinin rəhbəri şirkətlərin nazirliyə istədikləri qiymətə məhsullar satmasına göz yummağa davam edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti