Qəddafinin 10 milyonluq xəncəri tapıldı - FOTO

Qəddafinin 10 milyonluq xəncəri tapıldı - FOTO
  13 İyun 2016    Oxunub:3634
İstanbulda qaçaqmalçılara qarşı aparılan əməliyyat nəticəsində Liviyanın devrilərək qətlə yetirilmiş lideri Müəmmar Qəddafinin sarayından oğurlandığı iddia olunan xəncər aşkarlanıb.
AzVision.az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşları Esenyurd rayonunda bir mənzildə əməliyyat keçirib. Əməliyyat nəticəsində 3 nəfər saxlanılıb.

Mənzildə aparılan axtarış zamanı fil dişi üzərində oymalarla işlənmiş, yaqut, sapfir, zümrüd və brilyantlarla bəzədilmiş qızıl haşiyəli xəncər, xəncər qını və iki aslan heykəlindən ibarət bəzək əşyası aşkar olunub.

Əşyaların Səudiyyə Ərəbistanından olan iş adamına 10 milyon dollara satılmaq üçün aparıldığı məlum olub. Saxlanılan şəxs onları təxminən üç ay əvvəl Liviyada 4 milyon 600 min dollara satın aldığını bildirib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti