ABŞ-da daha bir faciə: Arvadını və 4 qızını öldürdü

ABŞ-da daha bir faciə: Arvadını və 4 qızını öldürdü
  13 İyun 2016    Oxunub:2826
ABŞ-ın Nyu-Meksiko ştatında Xuan David Vileqas-Ernandes adlı vətəndaş həyat yoldaşını və dörd qızını güllələyib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qətldən sonra hadisə yerindən qaçıb.

Yerli polisin məlumatına görə, Xuan Ernandes ailə üzvlərinin öldürülməsini kameraya çəkib, daha sonra avtomobilinə əyləşərək naməlum istiqamətdə gedib.

Öldürülən şəxslərin cəsədlərini onların qohumları aşkarlayıb. Vileqas-Ernandesin həyat yoldaşının 34 yaşı olub. Öldürülən qızların ən kiçiyi 3,ən böyüyü isə 14 yaşındadır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti