Obama terror baş verən şəhərə gedir

Obama terror baş verən şəhərə gedir
  14 İyun 2016    Oxunub:2701
ABŞ prezidenti Barak Obama iyunun 16-da Orlando şəhərinə səfər edəcək.

AzVision.az-ın məlumatına görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

C.Ernest bildirib ki, ABŞ prezidenti məlum hadisələr zamanı ölənlərin yaxınlarına başsağlığı vermək üçün Orlando şəhərinə səfər edəcək.

Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda Omar Martin tərəfindən törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti