Azərbaycanlı gənc ABŞ-dakı terrordan necə xilas oldu?! – EKSKLÜZİV (FOTO+VİDEO)

Azərbaycanlı gənc ABŞ-dakı terrordan necə xilas oldu?! – EKSKLÜZİV (FOTO+VİDEO)
  14 İyun 2016    Oxunub:26974
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə ABŞ-ın Florida ştatının Orlando şəhərində cinsi azlıqların çoxluq təşkil etdiyi gecə klubunda terror aktı törədilib. Hadisə nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

Terror aktını Omar Martin adlı şəxsin törətdiyi məlum olub. Onun İŞİD terror qruplaşmasının üzvü olduğu bildirilir.



AzVision.az-ın məlumatına görə, terror aktından təxminən bir saat öncə Azərbaycan vətəndaşlarından biri həmin gecə klubunda olub. Adının mətbuatda açıqlanmasını istəməyən şəxs əməkdaşımızla internet vasitəsilə əlaqə saxlayaraq qanlı olayla bağlı təəssüratlarını bölüşüb.

“Adımın bu olayda hallanmasını istəmirəm. Çünki, valideynlərim Azərbaycanda yaşayır. Onlar tanınmış insanlardır. Ailəmin narahat olmasını istəmirəm. Bizim ölkəmizdə mühit tam fərqlidir. İnsanlar belə klublara, ora gedənlərə pis baxırlar. Bu baxımdan adınımın açıqlanmasını istəmirəm ki, yaxınlarım mənə görə kiminsə yanında pərt olmasınlar.



Bir neçə il olar ki, Amerikaya köçmüşəm. Burada tək yaşayıram, həm də işləyirəm. Dostlarımla tez-tez həmin kluba gedirdik. Hadisə baş verən gün də orada idik. Xoşbəxtlikdən klubdan mən tez çıxmalı oldum. Oradan çıxandan sonra idman zalına getdim. Dostlarım isə klubda qaldılar. Bir saatdan sonra eşitdim ki, klubda atışma olub, dostlarımı güllələyiblər. Təcili kluba qayıtdım. Polis ərazini nəzarətə götürmüşdü. Mən kluba daxil olmağa qoymadılar. Birlikdə əyləndiyimiz insanların çoxu ölmüşdü. Sadəcə dəhşət idi. Hələ də şokdayam. Mən oradan çıxmasaydım, bəlkə mən də öləcəkdim. Xoşbəxtlikdən sağ qaldım. Bu hadisədən sonra biz müsəlmanlara terrorçu kimi baxırlar. Hadisənin şokundan çıxmaq üçün Azərbaycana gəlmək istəyirəm”.



Daha sonra azərbaycanlı gəncin vasitəsilə terror zamanı sevgilisini itirən, qanlı olayın canlı şahidi olan Omar Krullonla əlaqə saxladıq.



AzVision.az-a danışan Omar Krullon dəhşətli hadisəni belə xatırlayıb: “Biz 6 dost birlikdə həmin kluba getmişdik. Sevgilim də yanımda idi. İçki içib, əylənirdik. Hər şey yaxşı idi. Heç kim bilməzdi ki, klubda belə hadisə olacaq. Rəqs edən zaman sevgilim bizi videoya çəkirdi. Birdən atışma səsi eşitdik. Biz içkili idik. Nə baş verdiyini bilmirdik. Sevgilim, dostlarım qan içində idi. Qulaqlarım səsdən tutulmuşdu. Güllə dəyməsin deyə yerə uzandım. Gözümü açanda xəstəxanada olduğu gördüm. Sevgilim və iki dostumun öldüyünü eşidəndə dəli olmuşdum. Dostlarımın bir neçəsi yaralanıb. Atəş açan adam bizə nifrətlə baxırdı. Onun gözlərinə baxanda bunu hiss etməmək mümkün deyildi”.





Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti