Ərdoğandan Putinə böyük jest

Ərdoğandan Putinə böyük jest
  14 İyun 2016    Oxunub:2941
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə təbrik məktubu göndərib.
AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, Ərdoğan məktubunda rus xalqını Rusiya Günü münasibəti ilə təbrik edib və yaxın vaxtlarda Rusiya-Türkiyə münasibətlərinin layiqli səviyyəyə çatmasını arzulayıb.

"Çox hörmətli cənab Prezident! Türkiyə xalqı adından Sizin simanızda bütün rusiyalıları Rusiya Günü münasibəti ilə təbrik edirəm. Bundan əlavə Rusiya-Türkiyə münasibətlərinin layiqli səviyyəyə çatmasını arzulayıram", - deyə Ərdoğanın məktubundan qeyd olunub.

Türkiyənin baş naziri Binali Yıldırımın da rusiyalı həmkarı Dmitri Medvedevə təbrik məktubu göndərib.

Məktubda Türkiyə baş nazirinin yaxın vaxtlarda iki ölkə arasında münasibətlərin və əməkdaşlığın xalqların ümumi marağı üçün vacib olduğu səviyyəyə çatacağını arzuladığı vurğulayıb.

Qeyd edək ki, Rusiya Günü iyunun 12-i keçirilsə də, Türkiyə prezidenti və baş nazirinin təbrik məktubu 2 gün sonra - bu gün ictimaiyyətə təqdim olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti