Prezidentlərin görüş vaxtı və detallar açıqlandı

Prezidentlərin görüş vaxtı və detallar açıqlandı
  14 İyun 2016    Oxunub:3531
Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla üçtərəfli görüşü iyunun 20-də Sankt-Peterburqda keçiriləcək.

AzVision.az-ın `RİA Novosti` agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O, bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Sankt-Peterburqda beynəlxalq iqtisadi forum çərçivəsində baş tutacaq. “İyunun 20-də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin məlum Dağlıq Qarabağ probleminə dair üçtərəfli danışıqları planlaşdırılır”, - deyə Uşakov jurnalistlərə bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Putin əvvəlcə Serj Sarkisyan və İlham Əliyevlə ayrılıqda görüş keçirəcək, sonra üç prezident birgə danışıqlar aparacaqlar.

Qeyd edək ki, erməni mətbuatında bu gün yayılan məlumatda isə bildirilirdi ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü iyunun 26-da keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti