Ərdoğan barışmaq istəyir, bəs Putin necə?

Ərdoğan barışmaq istəyir, bəs Putin necə?
  14 İyun 2016    Oxunub:3114
Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə təbrik məktubu göndərib. Ərdoğanın bu addımı Türkiyənin Rusiya ilə barışmaq istəyi kimi qiymətləndirilir.

Məlumat üçün bildirək ki, Ərdoğan məktubunda rus xalqını Rusiya Günü münasibəti ilə təbrik edib və yaxın vaxtlarda Rusiya-Türkiyə münasibətlərinin layiqli səviyyəyə çatmasını arzulayıb.

“Çox hörmətli cənab Prezident! Türkiyə xalqı adından Sizin simanızda bütün rusiyalıları Rusiya Günü münasibəti ilə təbrik edirəm. Bundan əlavə Rusiya-Türkiyə münasibətlərinin layiqli səviyyəyə çatmasını arzulayıram”.

Məktubdan görünyü kimi, Ərdoğan Türkiyə ilə Rusiya arasındakı buzların əriməsini, ölkələr arasındakı münasibətlərin bərpa olunmasını istəyir. Bundan öncə də Türkiyə tərəfi dəfələrlə Moskvaya barışıq əlini uzadıb. Qarşı tərəf isə buna bir o qədər həvəsli yanaşmayıb.

Rusiyalı siyasətçilərin bəyanatlarına istinadla demək olar ki, Putin Ərdoğanla asanlıqda, “heç nə olmamış” kimi barışmaq, əməkdaşlığa davam etmək niyyətində deyil.

Moskva Türkiyənin “Su-24” olayına görə, rəsmi şəkildə üzr istəməsini, bunun müqabilində kompensasiya ödəməsini tələb edir. Ankara Kremldən gələn bu təklifləri birmənalı şəkildə rədd edir.

Ərdoğanın aylar sonra ilk dəfə Putinə ünvanladığı barış məktubuna Rusiyanın hansı qarşılığı verəcəyi də maraqla gözlənilir. Putin Ərdoğanla barışacaqmı, yaxud Rusiya prezidentinin bu məktuba reaksiyasaı necə olacaq?



Siyasi şərhçi Elxan Şahinoğlu hesab edir ki, Ərdoğan Rusiya Günü münasibəti həmkarı Vladimir Putinə təbrik məktubu göndərməklə barışıq üçün topu yenə Kremlə atıb. Onun sözlərinə görə, Qərbin Rusiyaya qarşı sanksiyaları, günügündən pisləşən Türkiyə-Avropa münasibətləri fonunda yenidən Ankara-Moskva yaxınlaşması baş tuta bilər:

“Şübhə etmirəm ki, Kremlin nəzarətindəki media qurumları bunu Ankaranın geri addımı - iqtisadiyyatdan və turizmdən itirdiklərindən duyduqları narahatlıq kimi ilə izah edəcəklər. Önəmli olan bu deyil. Əsas odur ki, Ərdoğan yenə Putinə əlini uzatdı. İndi Putin və onun mediası ya Türkiyəya qarşı informasiya savaşına davam edəcək, ya da vəziyyətdən çıxış yolu ilə bağlı Ərdoğanın “ortaq komissiya qurulsun” təklifinə müsbət cavab verəcək.

Avropa İttifaqı həm Rusiyaya qarşı sanksiyalara davam qərarı verib, həm də Türkiyəyə yenidən qapını göstərib. Yəni hər iki dövlət Avropadan və elə ABŞ-dan (Vaşinqtonun Suriyadakı silahlı kürdlərə verdiyi dəstək də Ankaranı ciddi narahat edir) yanıqlıdırlar və bu amil Kremllə Ankaranı yenidən yaxınlaşdıra bilər. İndi növbəti addımı Putin atmalıdır. Rusiya prezidenti də türkiyəli həmkarına oktyabrın 29-da məktub göndərərək Ərdoğanı Cumhuriyyət Günü münasibətilə təbrik etməlidir. Göndərəcəkmi, bunu zaman göstərəcək”.

AzVision.az


Teqlər:  





Xəbər lenti