Türkiyədə daha bir terror - 6 polis yaralanıb

Türkiyədə daha bir terror - 6 polis yaralanıb
  15 İyun 2016    Oxunub:1470
Türkiyənin Van vilayətində partlayış olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yolda quraşdırılan bomba zirehli polis avtomobilinin hərəkəti zamanı partlayıb.

Hadisə nəticəsində 6 polis əməkdaşı yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Terror aktının PKK silahlıları tərəfindən törədildiyi ehtimal olunur.

Hazırda terrorçuların zərərsizləşdirilməsi üçün ərazidə genişmiqyaslı əməliyyat başlayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti