Erməni polkovnikin atası: `Bakıda tapılan sənəd oğluma məxsusdur`

Erməni polkovnikin atası: `Bakıda tapılan sənəd oğluma məxsusdur`
  15 İyun 2016    Oxunub:4114
Bakıda tapılan sürücülük vəsiqəsinin aprelin əvvəlində Qarabağda ölmüş erməni polkovnik-leytenant Aleksan Arakelyana məxsus olduğu təsdiqlənib.
Bu barədə erməni hərbçinin atası Qevorq Arakelyan News.am portalına açıqlamasında bildiirb.

Qevorq Arakelyan Bakıda tapılan sənədin aprel döyüşlərində həlak olan oğlu Aleksan Arakelyana məxsus olduğunu bildirib: "Bütün məlumatlar uyğun gəlir".

Qeyd edək ki, Bakının Sabunçu rayonunda Ermənistan vətəndaşına məxsus sənəd tapılıb. Sənəd Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 8 ünvanının qarşısında, orada yaşayan sakin tərəfindən tapılıb və Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə verilib.

Sənədin Ermənistan vətəndaşı, 1982-ci il təvəllüdlü Aleksan Arakelyana məxsus olduğu bildirilir. Sürücülük vəsiqəsi Aleksan Arakelyana 27 avqust 2014-cü ildə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən verilib. Sürücülük vəsiqəsi “RG 052597” nömrəli BC kateqoriyalıdır.

Ermənistan vətəndaşına məxsus sənədin tapılması faktı Daxili İşlər Nazirliyi vəDövlət Təhlükəsizliyi Xidmətindən təsdiqlənib. Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, Bakıda Ermənistan vətəndaşına məxsus sənədin tapılması barədə hazırda araşdırmalar aparılır.



AzVision.az


Teqlər:  





Xəbər lenti