Sabiq nazir 8,5 milyon dolları basdırarkən tutuldu

Eks-nazir küllü miqdarda pulu torpağa basdırarkən yaxalanıb. Lakin Lopes özünü itirməyib və polis əməkdaşlarına rüşvət verməyə cəhd edib. Bunun alınmadığını görən sabiq məmur keşişlərə müraciət edərək pulu monastıra ianə vermək məqsədilə əraziyə gəldiyini, lakin polisin buna imkan vermədiyini və pulları ondan oğurlamaq istədiyini bildirib.
Məlumata görə, Lopes, təxminən 8,5 milyon dollar məbləğində olan və 160 bağlamaya bükülmüş ABŞ dolları, avro, Yaponiya iyeni və Qətər rialı kimi müxtəlif valyutada olan pulları monastırın ərazisində torpağa basdıraraq, gizlətmək istəyib.
Eldar Tanrıverdiyev
AzVision.az