Neftin ucuzlaşması Ermənistanı da çökdürür

Neftin ucuzlaşması Ermənistanı da çökdürür
  15 İyun 2016    Oxunub:2838
Dünya birjalarında neftin ucuzlaşması davam edir. Son 6 gündə neft 6,5%-dən çox ucuzlaşıb. Bu dövr ərzində “Brent” markalı neftin həcmi 52,73 dollardan 49,25 dollara düşüb.
AzVision.az Ermənistanın “Aykakan Jamanak” nəşrinə istinadən xəbər verir ki, qiymətin aşağı düşməsi erməniləri ciddi narahat etməyə başlayıb.

“Neftin qiymətinin aşağı düşməsi birbaşa Ermənistan iqtisadiyyatına təsir edəcək. Bizim iqtisadiyyatımız özəl transfertlərdən daha çox asılıdır, neftin qiymətinin aşağı düşməsi rus rublunun devalvasiyası ilə nəticələnir, Ermənistana olan transfertlərin isə böyük əksəriyyəti məhz bu valyutadadır. Yalnız son günlərdə neftin qiymətinin aşağı düşməsi ilə paralel olaraq rubl da dollara nisbətdə 3,5% ucuzlaşıb.
Daha əvvəl də vurğulandığı kimi, Ermənistan hökumətinin iqtisadi blokunun nümayəndələri iddia edirlər ki, rəhbərlik iqtisadiyyatın modernləşməsi və biznesin stimullaşdırılması istiqamətində real addımlar atmır. Ona görə də iqtisadi vəziyyət yalnız transfertlərin həcminin artması və misin bahalaşması hesabına yaxşılaşa bilər. Lakin göründüyü kimi, neftin qiymətləri ucuzlaşır, misin qiyməti son 7 ildə ən aşağı səviyyəyə - bir tona görə 4,500 dollara enib”, - deyə “Aykakan Jamanak” qəzeti yazıb.

Qəzetin iddia edir ki, neftin ucuzlaşması birbaşa yollda Ermənistan iqtisadiyyatına ziyan vuracaq. Bunun qarşısı alınmasa ölkəni dərin böhran gözləyir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti