Erməni deputat: `Rus hərbçiləri Ermənistandan çıxarılmalıdır`

Erməni deputat: `Rus hərbçiləri Ermənistandan çıxarılmalıdır`
  15 İyun 2016    Oxunub:6309
Rusiya Ermənistanla 200 milyonluq silah satışı müqaviləsini tam şəkildə reallaşdırmaq niyyətində deyil.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu erməni deputat, “İrs” partiyasının parlament fraksiyasının rəhbəri Zarui Postancyan bildirib.

Deputatın sözlərinə görə, Rusiya regionda güc balansını bərpa etmək istəmir: “Rəsmi Moskva Azərbaycana milyard dollar məbləğində silah satmaqla bu balansı pozub”.

Erməni deputat hesab edir ki, rəsmi Moskva Bakı ilə sıx əməkdaşlıq etdiyi, Azərbaycanın silahlı qüvvələrini gücləndirdiyi üçün Rusiya hərbçiləri Ermənistandan çıxarılmalıdır.

Qeyd edək ki, Rusiyanın 102-ci hərbi bazası Gümrüdə yerləşir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti