Türkiyədə növbəti terror- 3 əsgər yaralandı

Türkiyə ordusuna məxsus zirehli hərbi avtomobilin keçidi zamanı PKK terrorçularının yola yerləşdirdiyi əldəqayırma partlayıcı qurğu işə salınıb. Partlayış nəticəsində hərbi avtomobildə olan 3 hərbçi yaralanıb. Yaralılar Şəmdinli Dövlət Xəstəxanasına aparılıb.
Terrorçuların zərərsizləşdirilməsi üçün ərazidə genişmiqyaslı əməliyyat başlayıb.
Anar Kəlbiyev
AzVision.az