İstanbulda atışma: bir polis öldü

Nəticədə 2 polis yaralanıb. Onlardan birinin Arnavudköy Rayon Polis İdarəsinin rəisi olduğu bildirilir.
Hadisə yerinə xeyli sayda polis və təcili tibbi yardım maşını göndərilib. Eyni zamanda xüsusi təyinatlı polis dəstələri və polis helikopteri də əraziyə cəlb edilib.
***
(16:41)
İstanbulda polisin narkotik satışı ilə məşğul olan şəxslərə qarşı keçirdiyi əməliyyat başa çatıb.
Polisə atəş açan bir silahlı öldürülüb. "Milliyet.com-tr"nin məlumatında atışma zamanı yaralanan polis əməkdaşının bir qədər sonra öldüyü bildirilir.
Qeyd edək ki, ilkin məlumatda atışma baş verən ərazinin - Arnavudköyün polis bölməsinin rəisi və digər bir polis əməkdaşının yaralandığı açıqlanıb.
AzVision.az