Peskov deyib ki, bu, beynəlxalq münasibətlər praktikasında bir protokoldur. Ənənəvi olaraq milli günlər münasibəti ilə belə məktublar göndərilir. "Bir qayda olaraq belə məktublara cavab tələb edilmir".
Rusiya daha öncə də - ötən ilin noyabr ayında Suriya ilə sərhəddə vurulan "Su 24" təyyarəsinə görə, Türkiyədən rəsmi şəkildə üzrxahlıq və kompensasiya gözlədiyini bəyan etmişdi. (Ans)

Qeyd edək ki, Rusiya və Türkiyə arasında münasibətlər ötən ilin noyabr ayında pozulub. Həmin vaxt Türkiyə Suriya ilə sərhəddə Rusiyaya məxsus "Su-24" qırıcısını vurub.
Türkiyə tərəfi bunu ölkənin hava məkanının pozulduğu üçün etdiyini desə də Rusiya tərəfi bu iddiaları rədd edib. Bundan başqa, Rusiya Türkiyənin bu addımını "arxadan vurulan zərbə" adlandırıb.
Həmin vaxtdan rəsmi Moskva Ankaraya qarşı kəskin sanksiyalar tətbiq etməyə başlayıb.
AzVision.az