FED dünyanın gözlədiyi qərarı açıqladı

AzVision.az xarici KİV-ə istinadla xəbər verir ki, iki gün davam edən iclasın yekununda FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb.
Qeyd edək ki, ötən ilin dekabrın 16-da FED uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırmışdı.
FED-in dolların uçot dərəcəsi ilə bağlı hansı qərarı verəcəyi dünya ölkələri üçün çox əhəmiyyətlidir. FED uçot dərəcəsini artırsaydı, bu dünyada dollar indeksini yüksəldə, dolların digər valyutalara nisbətən bahalaşmasına səbəb ola bilərdi.
AzVision.az