Erməni KİV: `Prezidentlərin görüşündən irəliləyiş gözlənilmir`

Erməni KİV: `Prezidentlərin görüşündən irəliləyiş gözlənilmir`
  16 İyun 2016    Oxunub:4486
“Dağlıq Qarabağ münaqişəsi zonasında insidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiqi təxirə salınır, çünki vasitəçilərin lazımi qədər maliyyə vəsaitləri yoxdur”.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti öz mənbələrinə istinadən xəbər yayıb.

“Araşdırma mexanizmlərinin tətbiqi üçün külli miqdarda vəsait lazımdır. Proses xüsusi texnikanın quraşdırılmasını və onlara daimi nəzarəti tələb edir. Maliyyələşmə məsələsi tətbiq olunana qədər isə xeyli vaxt keçəcək”.

Qəzetin iddiasına görə, Ermənistan rəhbərliyi bu mexanizmlərin tətbiq olunmamasından narahatdır: “Buna görə də iyunun 20-də Sankt-Peterburqda baş tutacaq Sarkisyan-Əliyev-Putin görüşündə çətin ki, hər hansı bir irəliləyişə nail olunsun”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti