Savçenko Ali Radanın iclasında yatdı - VİDEO

Videoda deputat Andrey Teterukun Savçenkonu oyatması kadrları əks olunub. Belə ki, Teteruk həmkarının stəkanına su töküb. Böyük ehtimalla Savçenko süzülən suyun səsini eşidərək oyanıb.
Qeyd edək ki, Nadejda Savçenko 2014-cü ildə Ukraynanın şərqində 2 rusiyalı jurnalistin ölümündə ittiham edilərək 22 il azadlıqdan məhrum edilmişdi.
Ukrayna prezidenti Poroşenko tərəfindən Milli Qəhrəman adı verilən Savçenko mayın 25-də Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə həbsdən azad edilib və ölkəsinə təhvil verilib.
Eldar Tanrıverdiyev
AzVision.az