İrəvanda qaçqınların etirazı: `Pis vəziyyətdə yaşayırıq`

İrəvanda qaçqınların etirazı: `Pis vəziyyətdə yaşayırıq`
  16 İyun 2016    Oxunub:5273
Bakıdan İrəvana gedən qaçqınlar Ermənistanda hökumət evinin qarşısında etiraz edərək mənzil tələb ediblər.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, etiraz edən sakinlər hazırda Ermənistanın paytaxtında yerləşən yataqxanada məskunlaşıblar. Onların yaşadığı yataqxana 2003-cü ildə Ermənistanda fəaliyyət göstərən universitetlərdən birinə satılıb.

Etirazçılar bildirib ki, binanın sahibi onları yeni mənzil ilə təmin edəcəyinə söz verib. Amma bina sahibi deyilənlərə əməl etməyib və onları aldadıb. Onlar hazırda çox acınacaqlı şəraitdə yaşadıqlarını qeyd ediblər.

Sakinlərdən biri bildirib ki, yaşadıqları yataqxanın dam örtüyü çox bərbad vəziyyətdədir və yağış suları evin içinə axır. Həmçinin yataqxanın sanitar qovşağı da çox acınacaqlı haldadır.

Xanım sakin qeyd edib ki, onlar sanitar qovşağdan istifadə edən zaman özləri ilə çətir aparırlar.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti