Moskvada Milli Qurtuluş Günü qeyd edilib

Filimdə qarabağ müharibəsinin həqiqətləri, İbad Hüseynovun cəhbə xətdində göstərdiyi şucaətləri və erməni terrorçusu, günahsız və silahsız insanları qətlə yetirən Monte Melekonyanın necə öhdəsindən gələrək Azərbaycan xalqının qisasını aldığı göstərildi.
tədbiri giriş sözü ilə açan ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdiyev və ADDIM gənclər təşkilatının sədri Hüseyin Cavadzadə milli qurtuluş günü haqqında qonaqlara məlumat verərək, bu bayarmın və ümummili lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində tutduğu mövqeni vurğulayaraq Moskvaya şəxsən Milli Qurtuluş günü münasibəti ilə təşrif buyurmuş İbad Hüseynov Qonaqlara təqdim etdilər.
Bayram tədbiri çıxışlarla davam etdirildi. Rusiya Dövlət dumasının deputatı Maksim Şinqarkin Rusiya və Azərbaycan arasında olan dostluq münasibətlərinə diqqət çəkdi. İki dövlətin mədəni, siyasi və iqtisdi əlaqələrindən başqa strateji tərəfdaşlığı qeyd olundu. Deputat, həmçinin, Heydər Əliyevin Azərbaycanla yanaşı Sovet tarixində buraxdığı izləri qeyd edti. Nəzərə çatdırıldı ki, Heydər Əliyev tək Azərbaycanın deyil Sovet xalqınındər.
rusiyayanın tanınmış Tarixçisi Oleq Kuzneçov isə Qarabağ müharibələrinə diqqət çəkdi. Qan içən Monte Melekonyanın İbad Hüseynov tərəfindən məhv edilməsinin tarixi hadisə olduğunu bildirdi.
Daha sonra çıxış edən Azərbaycan mədəniyyətinin intibah və inkişaf fondunun direktoru Şəmil Tağıyev, Atilla jurnalınən baş redaktoru Gülşən Behbud, şair Sultan Mərizli və digərləri Qəhraman İbad Hüseynovla gənclərin görüşünü yüksək qiymətləndirərək, bunun gənclərə vətənpərvərlik aşıladığını vurğuladılar.
Sonda tədbirin fəxri qonağı İbad Hüseynovun çıxış edərək Görüş iştirakçılarına təşəkkür edərək Moskvada olmağdan şad olduğunu bildirdi/
AzVision.az
Teqlər: