`Avro-2016`da daha bir ölüm

AzVision.az-ın məlumatına görə, hadisə Lionda Ukrayna və Şimali İrlandiya komandaları arasında keçirilən oyun zamanı baş verib.
Hələlik adı məlum olmayan 64 yaşlı irlandiyalı azarkeş matçın gedişi zamanı ürək tutmasından keçinib. Hadisə yerinə gələn həkimlər onu xilas edə bilməyiblər.
Qeyd edək ki, matç Şimali İrlandiyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Kənan Məmmədov
AzVision.az