Yaponiyada Azərbaycan diaspor təşkilatı yaradılıb

Yaponiyada Azərbaycan diaspor təşkilatı yaradılıb
  17 İyun 2016    Oxunub:1618
Yaponiyada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb.
Diasporla iş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, bu işin təşəbbüskarı, Yaponiyanın Hokkaydo Universitetinin doktorantı, Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının fəxri prezidenti Əlibəy Məmmədovdur. O eyni zamanda təşkilatın rəhbəri seçilib.

Yeni diaspor təşkilatını yaratmaqda əsas məqsəd Yaponiyada Azərbaycanı tanıtmaq, Azərbaycan həqiqətlərini yaymaq, tariximizi, mədəniyyətimizi təbliğ etməkdir. Yeni təşkilatın yaradılmasında dəfələrlə Azərbaycanda səfərdə olmuş yapon iş adamları - İşida Kazuyasu, Yoşinobu Kanayama, Hirokazu Taniguçi Yoşimitsu İnamoto, Şiniçi İvaki, Rie Fujivara, Marie Kanayama, Hirotsugu Morişima və digəriləri yaxından iştirak edib.

Son üç ildə 400-ə yaxın yapon iş adamının Azərbaycana səfərini təşkil etmiş sahibkar, eyni zamanda “World Investors TV” internet televiziya kanalının prodüseri İşida Kazuyasu Yaponiyada Azərbaycan diaspor təşkilatının yaradılmasını yüksək qiymətləndirərək, bu təşkilatın Yaponiyada Azərbaycanın tanıdılması istiqamətində əvəzsiz xidmətlər göstərəcəyinə inamını ifadə edib.

Təşkilat rəhbəri Əlibəy Məmmədov Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının yaponiyalı üzvlərinin sayını iki il ərzində 1000 nəfərə çatdırmağı və müntəzəm olaraq Azərbaycana dair elmi, maarifləndirici tədbirlərin keçirilməsinı planlaşdırır.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti