Ermənilər Rusiya gözəlini tora saldılar

Ermənilər Rusiya gözəlini tora saldılar
  17 İyun 2016    Oxunub:15145
Bu yaxınlarda Moskvada olanda diqqətimi Bakıdan elə də rahat görə bilmədiyimiz bəzi məqamlar cəlb etdi, bunlardan biri də «Lesya Kaf» fırtınası idi. Dərhal da bu gözəlliyin siyasi calarlarla bürünməsinin ilk konturlarını sezdim.

Məşhur rus tennisçisi Yevgeni Kafelnikovun 17 yaşlı model qızı – müasir Rusiyanın ən gözəl xanımı, gözəllik simvolu hesab edilən, moda aləmində Lesya Kaf kimi tanınan Alesya Kafelnikovanın çalışdığı Avant Models moda agentliyini tərk edərək erməni dizayner Aleksandr Arutyunovla işbirliyi qurmasını və erməni dizaynerə məxsus Büro 24/7 studiyasında çalışmağa başlamasını çoxları adi bir karyera gedişi hesab edir.

İnsafən, yeni tandemin ilk işi – Moskvanın tanınmış bir məkanında - Bryusov döngəsində yerləşən arxitekturalı binanın çardağındakı fotosessiya da heç bir kənarasapınma olmadan peşəkarlıq baxımından çox uğurlu alınıb, Alesiyanın gözəlliyi hesabına erməni kuturyenin yaz-yay kolleksiyası aləmə səs salaraq, qlamur dairələrin rəğbətini qazanıb. (Yeri gəlmişkən, Arutyunov üçün bu uğurlu məkanı və fotosessiya üçün lazımlı dekor – aksessuarları məşhur rəssam, Azərbaycanda yaxşı tanınan, ölkəmizlə müəyyən qədər bağlı olan Nikas Safronov təqdim edib).



Yeri gəlmişkən, əlavə edim ki, Rusiyanın informasiya, kino və teatr məkanında get-gedə həlledici fiqura çevrilən ermənilərin son iki ildə moda biznesinə də nüfuz etmələri dərin təəssüf doğursa da, reallıqdır.

Qayıdaq Arutyunovla Kafelnikovaya. «Çardaq»dan dərhal sonra, necə deyərlər, «xoruzun quyruğu göründü», Bakıya yenicə qayıtmışdım ki, rus mediasının 17 yaşlı gözəlin adını qalmaqallı manşetlərə çıxardığının şahidi oldum: «Alesya atasını biabir etdi»..., «Məşhur tennisçi rüsvay oldu» və s. və i.

Nə baş vermişdi? Deməzsənmiş, Alesya bədəninin çılpaq görüntülərinin selfisini çəkmiş, sosial mediada «Kim Kardaşyansayaq selfilər» adı ilə paylaşmışdı. Ondan bu sayaq şəkillərini nə səbəbə çəkib paylaşdığını soruşanda isə jurnalistlərə cavabı belə olmuşdu: «Bunlar məşhur Kim Kardaşyanla həmrəyliyim deməkdir».

Porno ulduz Kim Kardaşyan isə müasir Ermənistanın rəssam Saroyan, futbolçu Mxitaryan, müğənni Aznavur kimi ən məşhur simalarındandır, təbliğat maşınlarındandır.

Çılpaq görüntülü selfilərinə görə bəzən ictimai qınağa məruz qalan Kardaşyana Alesyanın «porno ilə erotikanın sərhəddində məişət yüklü pornodan incəsənət yüklü erotikaya uğurlu keçid» tezisli bu dəstəyi hazırkı həssas məqamda olduqca əhəmiyyətlidir.


Şəkildə: Alesya Kafelnikova Aleksandr Arutyunovun 2016-cı il yaz-yay kolleksiyasını nümayiş etdirir.

Bir görün, Arutyunovla işbirliyi gözəl qızcığazı qısa müddətdə erməni millətçiliyi təbliğatına necə tuş eləyib.

Bu günlərdə Alesya Andrey Malaxovun «Pust qovoryat» tok-şousunun qonağı idi. Qızcığaz olduqca gözəl, zərif və kübar görünüşüylə zaldakıları və çoxmilyonlu tamaşaçı auditoriyasını ovsunlayırdı. Az qaldım efirdəki Malaxova səslənim ki, ay qardaş, «gözəllik simvolumuz» deyib tərif vurduğun o gənc qız murdar erməni caynaqları arasına keçib, onu xilas etmək lazımdır. Əks təqdirdə, rus gözəli «Böyük Ermənistan» təəssübkeşinə çevrilərək öz gözəlliyi ilə Rusiyaya yox, mürtəce Ermənistana xidmət edəcək!

Varis
AzVision.az üçün


Teqlər:





Xəbər lenti