Hemilton yenə birinci oldu, Alonso beşliyə düşmədi

Hemilton yenə birinci oldu, Alonso beşliyə düşmədi
  17 İyun 2016    Oxunub:2096
Paytaxt Bakıda “Formula-1” üzrə ikinci test yürüşü başa çatıb.
AzVision.az xəbər verir ki, ilk test yarışında olduğu kimi bu dəfə də Bakı trasında britaniyalı pilot Luis Hemilton 1:44: 223-lük nəticə ilə bütün həmkarlarını qabaqlayıb. İkinci pillədə isə onun komanda yoldaşı N. Roseberg qərarlaşıb.

İlk beşlik isə bu cür formalaşıb:

1. Luis Hemilton - “Mercedes AMG Petronas F1 Team”
2. N. Roseberg - “Mercedes AMG Petronas F1 Team”
3. S.Perez – “Sahara Force İndia F1 Team”
4. V.Bottas - “Williams Martini Racing”
5. N.Huklenberg - “Sahara Force İndia F1 Team”

Yürüşün ən yüksək göstəricisi "Scuderia Toro Rosso"nun pilotu Karlo Sayntsa məxsus olub. 22 yaşlı pilot 351 km/saat sürətə nail olub.

Qeyd edək ki, ilk test yürüşü saat 13:00-da keçirilib və “Mercedes” komandasının üzvü Luis Hemilton qalib gəlib. Nəticələrə əsasən ilk beşlik bu cür formalaşıb.

1. Luis Hemilton - “Mercedes AMG Petronas F1 Team”
2. N. Roseberg - “Mercedes AMG Petronas F1 Team”
3. V.Bottas – “Williams Martini Racing”
4. F.Alonso - “McLaren Honda”
5. S.Vettel - “Scuderia Ferrari”

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti