`ABŞ dünyanın ən güclü dövlətidir` - Putin

`ABŞ dünyanın ən güclü dövlətidir` - Putin
  18 İyun 2016    Oxunub:3522
Rusiya prezidenti Vladimir Putin ABŞ-ı dünyada ən güclü dövlət hesab edir.
AzVision.az oxu.az-ıa istinadən xəbər verir ki, Putin bu barədə iyunun 17-də Sank-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib.

“Hesab edirəm ki, ABŞ bu gün ən güclü dövlətdir. Biz bunu qəbul edirik”, - deyə o, söyləyib.

Rusiya prezidenti qeyd edib ki, Moskva Vaşinqtonla işləməyə hazırdır:

“Dünyaya, o cümlədən bizə, ABŞ kimi güclü dövlət lazımdır. Lakin biz istəmirik ki, onlar daim bizim işimizə qarışsınlar, necə yaşamaqla bağlı göstəriş versinlər, Avropanın bizimlə münasibət qurmasına mane olsunlar”.

AzVision.az


Teqlər:





Xəbər lenti