Qeyd olunub ki, hadisə ilə bağlı beş nəfərə qarşı ittiham irəli sürülüb.

Daha əvvəl “Park otel “Syamozero” MMC-nin direktoru Yelena Reşetova, onun müavini Vadim Vinoqradov, habelə təlimatçılar Regina İvanova və Lyudmila Vasilyeva saxlanılıblar.

İstintaq əvvəlcə 14 uşağın həlak olması barədə məlumat verib. Rusiya Federasiyası Prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Pavel Astaxov deyib ki, 15 nəfərin cəsədi tapılıb. Kareliyanın başçısı Aleksandr Xudilaynen daha sonra bildirib ki, hazırda 13 yeniyetmənin həlak olması məlumdur, daha bir uşağın axtarışları davam edir.

Həlak olmuş 13 uşağın cəsədi iyunun 20-də səhər saatlarında xüsusi reyslə Moskvaya gətirilib. Kareliyanın və Moskvanın hakimiyyət orqanları iyunun 20-ni matəm günü elan ediblər.

AzVision.az