Putin, Əliyev və Sarkisyan razılığa gəldi - Yenilənib

Putin, Əliyev və Sarkisyan razılığa gəldi - Yenilənib
  21 İyun 2016    Oxunub:71355
Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşü başa çatıb.

Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika vermək barədə razılığa gəliblər.

RİA Novosti bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

"Putin, Əliyev və Sarkisyan üçtərəfli bəyanatı razılaşdırıblar. Bu bəyanatda siyasi nizamlanmada dayanıqlı proqresin olmasına öhdəlik ifadə olunub", - deyə Rusiya XİN başçısı qeyd edib.

Onun sözlərinə görə, son günlər Dağlıq Qarabağda atəşkəs qorunub saxlanılır. S. Lavrov dövlət başçılarının müşaiyətsiz və köməkçisiz görüşdüyünü də söyləyib.

***

(18:06)

Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın üçtərəfli görüşü başlayıb.

AzVision.az xəbər verir ki, Sankt-Peterburqdakı Konstantinovski sarayında keçirilən görüş mətbuat üçün qapalıdır.

Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov və ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edirlər.

Bundan başqa Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə işçi naharı da olub.

Xatırladaq ki, görüş barədə danışan Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin danışıqlarının əsas vəzifəsi Qarabağda hərbi əməliyyatların bərpasından sığortalanmaqdır.

Qeyd edək ki, V. Putin əvvəlcə İ. Əliyev və S. Sarkisyanla ayrılıqda görüşüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti