`Prezidentlərin görüşü faydalı oldu` - Ermənistan XİN

`Prezidentlərin görüşü faydalı oldu` - Ermənistan XİN
  21 İyun 2016    Oxunub:2396
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünü müsbət qiymətləndirib.
AzVision.az APA-ya istinadən bildirir ki, Edvard Nalbandyan bu barədə Sankt-Peterburqda jurnalistlərə açıqlamasında deyib.

"Bugünkü görüş olduqca faydalı oldu və müəyyən ehtiyatla qeyd edə bilərəm ki, konstruktiv atmosferdə keçirildi" - , deyə E.Nalbandyan bildirib.

O, həmçinin görüşlərin yalnız prezident səviyyəsində deyil, həm də XİN rəhbərləri səviyyəsində davam etdiriləcəyini vurğulayıb: "Bütün proseslər ATƏT-in Minsk qrupu formatında həyata keçiriləcək".

AzVision.az


Teqlər:  





Xəbər lenti