19 yaşlı oğlan Trampı öldürmək istədi

Məlumata əsasən Las-Veqasda mitinq zamanı 19 yaşlı Maykl Sendford adlı şəxs avtoqraf istəmək adı ilə Donald Trampa yaxınlaşıb, bu zaman mühafizə xidməti əməkdaşının silahını götürməyə cəhd edib.
Sendford polis tərəfindən saxlanılıb. O, silahı Trampı öldürmək üçün ələ keçirmək istədiyini etiraf edib.
Araşdırmalar zamanı Sendfordun Böyük Britaniya vətəndaşı olduğu məlum olub. Onu 10 ilə yaxın həbs cəzası gözləyir.
Eldar Tanrıverdiyev
AzVision.az