Putin Rusiyanın bütün səfirlərini geri çağırdı

Putin qeyd edib ki, diplomatlarla görüş və birbaşa danışıqlar dünyadakı situasiyanı kompleks şəkildə qiymətləndirmək üçün lazımdır. Rusiya lideri bu dəfə səfirlərlə iyunun 30-da görüşəcək.
Onun görüş zamanı dünyanın gündəmində olan məsələləri müzakirə edəcəyi, həmçinin Rusiyanın xarici siyasəti ilə bağlı yeni vəzifələri müəyyənləşdirəcəyi bildirilir.
Qeyd edək ki, iki il əvvəl keçirilən müşavirədə əsas müzakirə mövzusu Rusiyanın milli maraqlarının müdafiəsi olmuşdu.
Eldar Tanrıverdiyev
AzVision.az