Sarkisyan Lələtəpəyə belə baxdı - VİDEO

Sarkisyan Lələtəpəyə belə baxdı - VİDEO
  23 İyun 2016    Oxunub:20126
Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.

AzVision.az xəbər verir ki, səfəri zamanı Sarkisyan Qarabağda müşavirə keçirib. O, qondarma `DQR-ın rəhbərliyi` ilə ordu quruculuğu və təmas xəttindəki son vəziyyəti müzakirə edib.

Daha sonra Ermənistan prezidenti hərbi helikopterlə qoşunların təmas xəttinə gəlib. Burada o, aprel hadisələri zamanı Azərbaycan ordusu tərəfindən işğaldan azad olunan Lələtəpə yüksəkliyinə baxıb.

Bundan başqa hərbi hissəni ziyarət edən Sarkisyana cəbhədə quraşdırılan kameralar vastəsi ilə ordumuz tərəfindən işğaldan azad edilən ümumi ərazilər də nümayiş olunub.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti