Ermənistanda 383 hökumət maşını satışa çıxarıldı

Ölkənin Nazirlər Kabinetinin iyunun 23-də keçirilən iclasında avtomobillərin Dövlət Əmlak İdarəsinin balansına keçməsi haqqında qərar qəbul edilib.
Məlumata əsasən avtomobillərin satışından əldə olunan gəlir dövlət büdcəsinin hesabına köçürüləcək. Belə ki, Vergilər Nazirliyinin 27, Əmək və Sosial məsələlər Nazirliyinin 26, Kənd Təsərrüfatı Nazirliynin 9, İqtisadiyyat Nazirliyinin 4 xidməti avtomobili satışa çıxarılıb.
Nəqliyyat vasitələrinin satışından dövlət büdcəsinə əhəmiyyətli həcmdə maliyyə vəsaiti daxil olacağı gözlənilir.
Bundan əlavə Dövlət Əmlak İdarəsinin balansında daha 274 avtomobilin olduğu da bildirilib.
Eldar Tanrıverdiyev
AzVision.az