ABŞ-da yüksək vəzifə tutan azərbaycanlı təltif edildi

ABŞ-da yüksək vəzifə tutan azərbaycanlı təltif edildi
  23 İyun 2016    Oxunub:31882
AzVision.az-ın məlumatına görə, ABŞ-ın Ruminiyadaki NATO Ballistrik Roketlərə qarşı Müdafiə Sistemində Xarici Əlaqələr Bürosunun direktoru vəzifəsində çalışan "John" Naimi Amirala ABŞ Hərbi Dəniz Donanması və Dəniz Qüvvələrinin şərəf medalı verilib.

O, Ruminiyadakı xidmətlərinə, Ballistik Roketlərə qarşı Müdafiə Sisteminin açılışındakı rəhbər roluna və Amerika-Ruminya münasibətlərinin inkişafında göstərdikləri xidmətlərinə görə bu medalla təltif olunub.

Ruminiya Baş naziri və ABŞ Müdafiə nazirinin birinci müavini Ruminiyadakı xidmətlərinə görə həmyerlimizə təşəkkür ediblər.

Medalı ABS Donanması Naziri Rey Mabus təqdim edib.



Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti