TARİXİ QƏRAR: İngilislər Avropa İttifaqına `yox` dedi - (Yenilənib)

TARİXİ QƏRAR: İngilislər Avropa İttifaqına `yox` dedi - (Yenilənib)
  24 İyun 2016    Oxunub:21879
Böyük Britaniyada keçirilən referendumun yekun nəticələri elan edilib. Yekun nəticələrə əsasən, `Brexit`in lehinə 51,9 faiz səs verilib.

AzVision.az `RİA Novosti`-yə istinadən xəbər verir ki, yekun nəticələri Mançesterdə Seçki Komissiyasının (MSK) nümayəndəsi elan edib.

“Avropa İttifaqından çıxmağın lehinə 17 milyon 410 min 742 seçici səs verib. İttifaqın tərkibində qalmağın lehinə isə 16 milyon 141 min 241 səs verilib”, - MSK rəhbəri qeyd edib.

Seçicilərin fəallığı 72,2%-dən ibarət olub.

***
09:26

Böyük Britaniyanın Avropa İttifaqının (Aİ) üzvlüyündən çıxması ilə bağlı ötən gün keçirilən referendumun nəticələri məlum olub.

Bu barədə AzVision.az `BBC`-yə istinadən xəbər verir.

Məlumata əsasən ölkənin Aİ-dən çıxmasının tərəfdarları 16,7 milyon seçici baryerini keçib. Ölkə üzrə 382 dairədən 175-nin nəticələrinə əsasən, seçicilərin 51,3 faizi Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasının tərəfdarıdır. Ölkənin Aİ-də qalmasını istəyənlər isə 48,7 təşkil edir.

Şeffild, Blekpul, Qosport, Milton Kins kimi şəhərlərin sakinləri Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyiblər.

Səsvermədə təqribən 46 milyon 499 min 537 nəfər səsvermə hüququna malik olub. Bu, Böyük Britaniya üçün rekord səsvermə rəqəmi hesab olunur. Seçici fəallığı 72,1 faiz təşkil edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti