Neft kəskin ucuzlaşır – Referendum şoku

Neft kəskin ucuzlaşır – Referendum şoku
  24 İyun 2016    Oxunub:2938
Neft bazarında qiymətlər yenidən dəyişib. Brent markalı neftin qiyməti kəskin ucuzlaşıb, Azərbaycan neftinin isə bahalaşması davam edir.

AzVision.az xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,39 dollar və ya 0,77% artaraq 51,05 dollar təşkil edib.

ICE London qitələrarası birjasında isə Brent markalı neftin qiyməti bir barelə görə 6% ucuzlaşaraq 47,98 dollar olub. Neftin belə kəskin ucuzlaşmasının səbəb kimi Böyük Britaniyada keçirilən referendumun nəticələri göstərilir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti isə 48,85 dollar təşkil edib.

Qeyd edək ki, bu gün Böyük Britaniyanın Avropa İttifaqının (Aİ) üzvlüyündən çıxması ilə bağlı ötən gün keçirilən referendumun nəticələri məlum olub. Məlumata əsasən ölkənin Aİ-dən çıxmasının tərəfdarları 16,7 milyon seçici baryerini keçib. Ölkə üzrə 382 dairədən 175-nin nəticələrinə əsasən, seçicilərin 51,3 faizi Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasının tərəfdarıdır. Ölkənin Aİ-də qalmasını istəyənlər isə 48,7 təşkil edir.

Qeyd edək ki, dünən hərracların nəticələrinə görə, Brent və WTI markalı neftin bir barelinin qiyməti müvafiq olaraq 50,14 və 49,41 dollar təşkil edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti