Nalbandyan dövlətin pulunu havaya sovurur

Nalbandyan dövlətin pulunu havaya sovurur
  24 İyun 2016    Oxunub:2605
Ermənistanın dövlət orqanlarından ən bahalı təyyarə bileti alan nazirlik Xarici İşlər Nazirliyidir.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Jovohurd” qəzeti yazır.

Qeyd edilib ki, 5-8 iyun tarixlərində İrəvan-Bişkek-İrəvan ekonom klasına Ermənistan XİN-i təxminən 547 min dram və ya 1100 dollar xərcləyib.

İrəvan-Sofiya-İrəvan reysinə isə dövlət qurumu tərəfindən 531 min dram, İrəvan-Berlin-İrəvan reysinə isə 401 min dram xərclənib.

26-27 may tarixlərində İrəvan-Moskva-İrəvan reysləri 249 min dram təşkil edib.

“25-29 iyun tarixlərində İrəvan-Moskva-İrəvan aviareysinin qiyməti 105-135 dram təşkil edir ki, bu da XİN-in göstərdiyi rəqəmdən praktiki olaraq iki dəfə ucuzdur. İrəvan-Bişkek-İrəvan reysi 333 dram, İrəvan-Berlin-İrəvan reysi isə təxminən 200 min dram təşkil edir.

Araşdırmalarımız göstərir ki, XİN tərəfindən göstərilən rəqəmlər ekonom klasa deyil, biznes klasa aiddir. Lakin XİN bu məsələni qabartmamaq üçün biletləri biznes klas kimi qiymətləndirir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti